Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İran ali dini liderinin köməkçisi:"İlk güllə neftin qiymətini 100 dollardan yüksəyə qaldıracaq"

İran ali dini liderinin köməkçisi: "İlk güllə neftin qiymətini  100 dollardan yüksəyə qaldıracaq"

"Fars Körfəzində atılacaq ilk güllə neftin 1 barelinin qiymətini 100 dollardan da yüksəyə qaldıracaq".

Yenixeber.org: Tehran büromuzun məlumatına görə, bunu İran ali dini lideri Ayətullah Xameneinin baş müşaviri və köməkçisi general Seyid Yəhya Səfəvi bəyan edib.

Y. Səfəvi deyib ki, bu, ABŞ, Avropa və  ABŞ-ın Yaponiya və Cənubi Koreya kimi dostları üçün dözülməz bir qiymət olacaq. General ABŞ-ın bölgədəki 25 hərbi bazası və bu bazalardakı 20 min hərbçinin İranın raketlərinin hədəfində olduğunu da vurğulayıb: “Donald Tramp İranla hər bir müharibədə məğlub olacağını və müharibənin xərclərinin də böyük olacağını bilir. Biz hərbçilər həmişə ən pis ssenariləri görürük və müharibənin olmaması üçün müharibəyə hazır olmalıyıq. Hazırda İran Qərbi Asiya bölgəsində böyük hərbi gücdür. ABŞ İranın sürpriz və şokedici strategiyasından çəkinir".

İran ali dini liderinin köməkçisi hazırda ABŞ-la İran arasında iqtisadi və psixoloji müharibə getdiyini söyləyib: “ABŞ-ın nüvə proqramına dair Hərtərəfli Bİrgə Fəaliyyət Planından çıxması və İrana sanksiyalar tətbiq etməsi bir müharibədir. Ümid edirik ki, bu müharibədən müqavimət və milli birliklə başı uca çıxacağıq. ABŞ  Qərbi Asiya bölgəsindən çıxmalıdır və hökmən çıxacaq. Bizim strategiyamız qonşu ölkələrlə düşmənçilik etməməkdir. İran qonşu ölkələrlə təcavüz etməmək haqqında saziş imzalamağa hazırdır və bunu xarici işlər naziri açıqladı. Mənim təklifim budur ki, bəzi qonşu ölkələrlə bu sazişi imzalayaq, bəzi qonşu ölkələrlə isə koalisiya yaradaq”.(ona)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam