Rusiyalı hakerlər ABŞ-ın kibermüdafiəsi üzrə məlumatları oğurlayıblar- Təfərrüat
Rusiya hökumətinə çalışan hakerlər ABŞ-ın xarici kompüter sistemlərinə necə daxil olması və özünü kiber hücumlardan hansı yollarla qorunmasını əks etdirən məlumatları oğurlamağa müvəffəq olublar. Bunula bağlı “The Wall Street Journal” sensasion xəbər yayıb.
Yenixeber.org: Xəbərdə MTA-nın podratçı firmasında çalışan bir əməkdaşının olduqca gisayılan materialları şirkətin binasından çıxardığı və onu evindəki kompüterə yüklədiyi yazılıb. Hakerlər həmin kompüterdə istifadə olunan “Kasperski laboratoriyası” proqramının köməyi ilə faylları aşkar edərək, ona virtual hücum həyata keçiriblər.
Məlumatda insidentin 2015-ci ildə baş verdiyi, lakin keçən ilin yazına qədər bilinmədiyi göstərilib. Situasiya ilə tanış olan şahidlərin sözlərinə görə, hakerlərin oğurladığı materiallarda MTA-nın xarici kompüter şəbəkələrinə daxil olması ilə bağlı alqoritmlər, habelə kibercasusluq zamanı istifadə edilən kodlar, o cümlədən ABŞ-ın öz daxilində şəbəkələrin qorunması üsulları yer alıbmış.
Yazıda bu hadisənin MTA tarixində böyük həcmli materialların sızdırılması ilə bağlı 3-cü dəhşətli xəta olduğu vurğulanır.
Həmin fakta görə, agentliyin direktoru, admiral Maykl Rocer yuxarı vəzifəli şəxslərdən şiddətli töhmət alıb.
“Kasperski” ilə bağlı adı hanlanan həmin əməkdaşın kimliyi açıqlanmır. Ekspertlərin rəyinə görə, burada konkret başqa ölkələrin kəşfiyyatına qəsdən məlumat ötürülməsindən söhbət gedə bilməz. Həmin adamın sadəcə iş saatından sonra işini davam etdirmək üçün materialları evinə götürdüyü güman olunur. Hər halda, son hadisə ABŞ-da “Kasperski laboratoriyası”na olan etimadı daha da azaldıb.
“ABŞ milli təhlükəsizlik orqanları onsuz da uzun müddətdir ki, “Kasperski laboratoriyası”nın Rusiya hökumətinə çalışmasından şübhələnirdi. Bu şübhələr Daxili Təhlükəsizlik Nazirliyini keçən ay yeni akt qəbul etməyə sövq edib. Həmin akta əsasən, ABŞ-ın bütün dövlət idarə və agentliklərinə Rusiyanın antivirus şirkətinin məhsullarından istifadə etmək qadağan olunub.
Müəyyən olunub ki, bədnam niyyətli şəxslər şirkətin proqramından istifadə edərək kompüterlərin fayllarına asanlıqla çıxış əldə edə bilirlər”, - yazıda qeyd edilir.
Qərar şirkətin proqram təminatının geniş şəkildə analizinin həyata keçirilməsindən və onun Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri barədə əsaslı məlumatların əldə olunmasından sonra qəbul olunub.
Yazıda qeyd olunur ki, bütün antivirus proqramları zərərli kodu aşkar etmək üçün kompüterdə geniş axtarış aparır. Lakin ekspertlərin rəyinə görə, bu kompüterdə yerləşən hər şeyin tam inventarizasiyasını da gerçəkləşdirməyə imkan verir.
“Bu, rəqəmsal zibil qutularında eşələnmək kimi bir şeydir”, - MTA-nın elitar haker qrupunda çalışan keçmiş əməkdaşı Bleyk Darşe qəzetə bildirib.
Darşenin sözlərinə görə, “Kasperski” şirkətinin zərərli virusları axtamaq metodları olduqca aqressivdir: “Bu proqram kompüterdə maraqlı gördüyü hər faylın sonradan surətini çıxrarır. Yəni, siz “Kasperski laboratoriyası”nın proram təminatından istifadə etməklə özəllik və gizliliyinizi itirmiş olursunuz”. (musavat)