Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ VƏ ÇİN SİLAHLANMA YARIŞINA BAŞLAYIBLAR! –Pekinin hərbi xərcləri rekord həddə

maxresdefault

Çinin 2017-ci il üçün hərbi büdcəsi ilk dəfə olaraq, bir trilyon yuanı (151,4 milyard dollar) keçəcək.

Yenixeber.org:   5 mart tarixində başlayan ÜmumÇin xalq nümayəndələrinin yığıncağının gedişindəki mətbuat konfransında məlumat verilib ki, bu il ölkədəki iqtisadi böyümə 7% təşkil edəcək.

Bu Çin Xalq Respublikasına öz Hərbi Dəniz Qüvvlərini və Hərbi Hava Qüvvələrini möhkəmləndirməyə imkan verəcək. Beləliklə, Tramp administrasiyası ilə silahlanma yarışı geniş vüsət almağa başlayır.

Mətbuat konfransı zamanı yığıncağın katibi Fu İn izah edib ki, Çinin hərbi büdcəsi müdafə sferasının ehtiyacları və həmçinin də iqtisadi vəziyyət nəzərə alınaraq tərtib edilir. Son 21 ildə Çinin müdafiə xərcləri 10%-dən artıq yüksəlib, lakin iqtisadi böyümənin tempi ləngidiyinə görə 2016-cı ildən müdafiə büdcəsinin artım faizinin göstəricisi bir rəqəmli həddə kimi geriləyib. Amma buna baxmayaraq, öz miqyasına görə Çinin müdafiə məsrəfi Yaponiyanın müdafiə xərcini üç dəfə üstələyir. Beləliklə, hərbi ekspansiya dayanmaq bilmir.

Fu İnn qeyd edib ki, NATO üzv ölkələrin müdafiə büdcəsinin Ümumi Daxili Məhsulun 2%-i qədər olmasını tələb edir, Çin isə ÜDM-in 1,3%-nin müdafiəyə xərclənməsini planlaşdırır. Fu İnn deyib: “Bəlkə də ABŞ, Çinin onu ötüb keçəcəyindən narahatdır, amma ABŞ-ın hərbi qüdrəti ilə Çinin hərbi imkanları arasındakı fərq hədsizdir”. Bu sözlərlə o, Çinin hərbi xərcinin artırılmasına bəraət qazandırır. Bir çox Çin hərbçiləri müdafiə məsrəflərini yenidən yüksəltməyi tələb edirlər.

Ola bilər ki, ABŞ hərbi qüdrətini onun tarixi maksimumuna yüksəltmək niyyətində olan prezident Donald Tramp bu prosesi sürətləndirsin. Tramp administrasiyası 2018-ci il üçün müdafiə xərclərini 54 milyard dollar həcmində artırmağı planlaşdırır. Nəticədə, ABŞ müdafiə büdcəsinin həcmi 600 milyard dollar təşkil edəcək. Həmin proqramın mərkəzində ölkənin nüvə potensialının yüksəldilməsi dayanır. Ekspertlər belə hesab edirlər ki, bu, ilk növbədə qitələrarası ballistik raketlərin modernləşdirilməsinə yönələcək.

2 martda prezident Tramp tikilməkdə olan aviadaşıyan gəmidə çıxış etdi. O, çıxışı zamanı Hərbi Dəniz Qüvvələri sferasında yenidənqurma həyata keçirilməsi və aviadaşıyanların sayının artırılması niyyətini açıqlayıb.

Çin dəniz ekspansiyasını artırmaqda davam edir. ÜmumÇin xalq nümayəndələri yığıncağından əvvəl Çinin 13 hərbi təyyarəsi Myakodzima və Okinava boğazları arasından uçaraq, Sakit okeanın qərb hissəsində təlimlər həyata keçiriblər.

Hər il Çin uzaq regionlarda daha çox hərbi təlimlər keçirir. Ötən ilin dekabrında Çinin “Lyaonin” aviadaşıyanı Sakit okeandan Cənubi-Çin dənizinə daxil olaraq, Tayvan ətrafında dolanıb.

Həmçinin, Çinin hərbi texnikası da yenilənir. Etibarlı mənbələrin məlumatına əsasən, Çin keçən ilin sonunda Rusiyadan dörd ədəd ən yeni “SU-35” qırıcı təyyarəsi alıb. Bundan əlavə Çinin Rusiyadan daha 20 qırıcı alacağı gözlənilir. Bütün bunlarla yanaşı Dalyan və Şanxayda isə yeni aviadaşıyanlar tikilir.

Beynəlxalq ictimaiyyət Çinin dərc etdiyi müdafiə xərclərinin şəffaf olmamasından narahatdır. Aviadaşıyanların hazırlanmasına və digər texnikalara çəkilən xərc ayrı büdcədən həyata keçirilir. Ona görə də ekspertlər qeyd edirlər ki, real hərbi məsrəflər rəsmi rəqəmləri iki dəfə üstələyə bilər.

Çin Xalq Respublikasının rəsmi məlumatları böyük şübhə oyandırır və bu da öz növbəsində qonşu ölkələri və ABŞ -ı böyük ölçüdə ehtiyatlandırır. Yekun nəticədə isə ölkələr arasındakı silahlanma yarışı yüksəlir.

2020-ci ildə Çin uzaq regionlarda aviadaşıyanlardan ibarət zərbə qrupu yaratmaq istəyindədir, lakin Trampın prezident seçilməsindən sonra bu proqram sürətlənə bilər. Müdafiə xərclərinin 1 trilyon yuana çatdırılması yalnız rəsmi məlumatdır.

Silahlı qüvvələrin şəxsi heyətinin həyat şəraitinin yaxşılaşdırılması fonunda silahlanmaya yönəlmiş real büdcənin müəyyənləşdirilməsi çətindir. ÇXR hərbi xərcinin faktiki nə qədər böyüməsini anlamaq üçün, təkcə müdafiə nazirliyinin rəqəmlərini yox, həmçinin döyüş cərgəsinə verilən texnikanı nəzərə almaq şərtiylə analiz aparmaq lazımdır.

(“Nihon Keydzay”-Yaponiya)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam