Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Britaniyada küçəyə çıxmaq qadağası:Qaydalar nədir?

 

 Britaniyalılar "tamamilə zəruri" işə gedib-gəlmək, nadir hallarda “əsas ehtiyaclar” üçün bazarlıq etmək və tibbi səbəblər istisna olmaqla, üç həftə evdə qalmalıdırlar.

Yenixeber.org: Koronavirus infeksiyası ilə mübarizə çərçivəsində yeni qadağaların tətbiqinə bazar ertəsi başlanılıb.

Britaniyada artıq 335 nəfər koronavirusa görə ölüb, 6000-dən çox insan infeksiyaya yoluxub.

Üç həftə ərzində geyim və elektronika mağazaları da daxil olmaqla "zəruri olmayan mallar" satan mağazalar, kitabxanalar, oyun meydançaları, açıq idman salonları və ibadət yerləri bağlanacaq.

İki nəfərdən çox adamın (birlikdə yaşayan insanlar istisna olmaqla) toplaşması qadağan ediləcək.

Yas mərasimləri istisna olmaqla, toy və ya dini tədbirlər keçirilməyəcək.

Parklar açıq qalacaq, lakin insanlar gündə yalnız bir növ məşq (qaçış, gəzmək) edə bilərlər.

Bu qadağaları əhaliyə Baş nazir Boris Johnson televiziya çıxışı ilə açıqlayıb. O həmçinin deyib ki, insanlar onlarla birgə yaşamayan dostları və ya ailə üzvləri ilə görüşməmələridirlər.

İnsanlar küçəyə çıxarkən digərlərindən ən azı 2 metr uzaq gəzməli, başqa sözlə, sosial məsafə qoymalıdırlar.

Cənab Johnson bu qaydalara əməl edilmədiyi təqdirdə, polisin cərimələr edə və toplaşmalara müdaxilə edəcəyini deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam