Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Azərbaycandan Gürcüstana gedən şəxsdə "koronavirus tapılıb"-AÇIQLAMA

 

 

 Gürcüstanda Azərbaycandan getmiş şəxsdə koronavirus tapılıb.

Yenixeber.org: Çərşənbə günü ölkənin səhiyyə naziri Yekaterina Tixaradze bildirib ki, virus yenicə İrandan qayıdan 50 yaşlarında olan Gürcüstan vətəndaşında aşkar edilib.

Həmin şəxs bir həftə İranda qalıb və Azərbaycandan keçərək Gürcüstana daxil olub.

Yerli mətbuatın yazdığına görə, Yekaterina Tixaradze xəstənin tibbi vəziyyətinin qənaətbəxş olduğunu və Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasında karantində saxlanıldığını deyib.

Nazir bildirib ki, virusa yoluxmuş şəxs çərşənbə axşamı günü marşrut taksisində olmuş digər 12 nəfərlə birgə Gürcüstana Azərbaycanla sərhəddən daxil olub. Həmin şəxslərin hamısı xəstəxanaya yerləşdirilib, Reuters xəbər verir.

"Koronavirus yalnız bir nəfərdə tapılıb," - Yekaterina Tixaradze deyib.

Nazir əlavə edib ki, Gürcüstanda hazırda epidemiya təhlükəsi yoxdur.

Azərbaycan tərəfi hələ ki, bununla bağlı açıqlama verməyib.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam