Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Pensiyalarla bağlı YENİ XƏBƏR - Bu aydan etibarən...

Pensiyalarla bağlı YENİ XƏBƏR -

Vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun ləğv edilmiş Səbail və Yasamal şöbələri üzrə aşağıdakı kateqoriyadan olan pensiya alan şəxslərin pensiya işləri Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Pensiya İdarəsinə köçürülmüş və həmin şəxslərin əmək pensiyalarının ödənişi 2019-cu ilin dekabr ayından etibarən hər ayın 13-16 aralığında həyata keçiriləcək.

Yenixeber.org: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli pensiya təyin edilmiş şəxslər; "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilməsi ilə pensiya təyin edilmiş şəxsələr, o cümlədən

Dövlət qulluqçuları;

Xüsusi rütbəli şəxslər (prokurorluq, ədliyyə və vergi orqanlarının işçiləri və s.);

Milli Məclisin deputatları;

MSK-nın və Hesablama Palatasının üzvləri;

Ədliyyə orqanlarının mülki işləri;

Məhkəmə hakimləri;

"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin əhatə dairəsinə düşən digər şəxslər.

Yuxarıda qeyd olunan əmək pensiyası kateqoriyasının əhatə dairəsinə düşən pensiya alan şəxslər və pensiya təyinatı ilə bağlı müraciət etmək istəyən şəxslərin əlavə sualları olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam