Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ABŞ-ın ölkəmizdəki Səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

 

ABŞ-ın Azərbaycandakı Səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Stefan Qays və Səfirliyin mətbuat katibi Nikolas Barnet Azərbaycan Mətbuat Şurasında olub.

"Xeberinfo.com":  Məlumata görə, qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, Şuranın başlıca missiyası media ilə bağlı şikayətlərin araşdırılmasından ibarətdir. MŞ-nin tərkibi barədə söz açan Ə.Amaşov qurumun sıralarında ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsil olunduğunu diqqətə çatdırıb. Ə.Amaşov Azərbaycanda söz və ifadə azadlığı ilə əlaqədar məsələlərdən də bəhs edib.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Şuranın şikayətləri araşdırması təcrübəsi barədə məlumat verib. O, diqqəti şikayətlərdəki spesifik cəhətlərə, həmçinin mediada peşə prinsiplərinin pozulmasındakı xarakterik tendensiyalara çəkib.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Səfirliyin Azərbaycanda azad medianın inkişafında maraqlı olduğunu, bununla bağlı məsələlərə dəstək göstəriləcəyini vurğulayıb. Onlar həmçinin medianın özünütənzimləməsini həyata keçirən Azərbaycan Mətbuat Şurası ilə mövcud sahədəki əməkdaşlığın vacibliyini bildiriblər.

Görüşdə söz və ifadə azadlığının müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam