Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Mətbuat Şurasının 2015-ci ildə ilk iclası keçirildi

 

Bu gün Azərbaycan Mətbuat Şurasının iclası keçirilib. MŞ sədri Əflatun Amaşov iclasın gündəliyini elan edib. 
"Xeberinfo.com":  Məlumata görə, öncə MŞ-nin 2014-cü il üçün hesabatı ətrafında müzakirə aparılıb. Hesabatda nəzərdə tutulan məsələlər barədə məlumat verən Ə.Amaşov bildirib ki, ötən il Şuranın fəaliyyətindəki başlıca xətt quruma daxil olan şikayətlərin araşdırılmasından ibarət olub. Bununla yanaşı MŞ birgə müsabiqələrin, kitab təqdimatlarının, yubiley mərasimlərinin, müxtəlif tematik toplantıların, milli mətbuatımızın inkişafında, ictimai fikir tariximizdə rolu olan görkəmli şəxsiyyətlərin yaradıcılıq yolundan bəhs edən sənədli filmlərin çəkilişini, bir sıra beynəlxalq konfranslar reallaşdırıb. Bununla yanaşı qurum dövlət fərman və sərəncamlarından, proqramlarından irəli gələn işləri gerçəkləşdirib, ali məktəblərin jurnalistika fakultələrinə qəbulda qabiliyyət imtahanlarının təşkilində yaxından iştirak edib, kütləvi aksiyalarda və 23 dekabr bələdiyyə seçkisində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb. Şura üzvləri ölkəmizdən kənarda baş tutmuş beynəlxalq konfranslara qatılıblar. Bu və digər məsələlərdəki konkret statistikanı açıqlayan Ə.Amaşov hesabatın ictimaiyyətə çatdırılması üçün yaxın günlərdə ayrıca toplantının keçiriləcəyini vurğulayıb.
Hesabatın müzakirəsi zamanı MŞ İdarə Heyətinin üzvlərindən - Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, həmçinin MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli sənəddə yer alan məqamlarla bağlı fikirlərini bildiriblər. Hesabat ümumən məqbul qiymətləndirilib və bəzi əlavələrin olunması zəruriliyi nəzərə alınmaqla qəbul edilib. 
Gündəlikdə duran ikinci məsələ MŞ-yə üzvlük qaydalarının layihə mətninin müzakirəsi olub. Ə.Amaşov bildirib ki, hazırda Şuranın 230-a yaxın üzvü var. İndiyədək üzvlərin qəbulu Şuranın Nizamnamə tələblərinə uyğun aparılıb. Qaydalar isə mövcud sahədəki proseduru daha da təkmilləşdirmək məqsədi daşıyır. MŞ-nin İdarə Heyətinin üzvlərindən - «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, «APA Holdinq»in rəhbəri Vüsalə Mahirqızı, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev yeni hazırlanmış qaydalarla bağlı təkliflərini bildiriblər. Müzakirələrdən sonra sənəd əsas kimi qəbul edilib. 
İclasda müzakirə edilən növbəti məsələ MŞ-nin 2015-ci il üçün iş planı olub. MŞ üzvləri - B.Sadıqov, BDU-nun jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Day.az media şirkətinin direktor müavini Sevda Həmidova 2014-cü il üçün hesabatdan irəli gələn məqamların iş planında nəzərə alınmasının vacibliyini vurğulayıblar. Bu baxımdan Şuranın bir sıra tematik tədbirlər təşkil etməsinin zəruriliyini əsaslandırılıb. Habelə 2015-ci ildə milli mətbuatımızın 140 illiyinin keçirilməsi ilə bağlı silsilə tədbirlərin təşkili üzərində də dayanılıb. Bu və digər təkliflər də nəzərə alınmaqla iş planı məqbul qiymətləndirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam