Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Maserati" ilə törədildiyi iddia olunan qəza... RƏSMƏN AÇIQLANDI

"Maserati" ilə törədildiyi iddia olunan qəza əslində necə baş verib?


Bu barədə  Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında deyilir.

Yenixeber.org:   Sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində Ramal Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vurması nəticəsində sonuncunun aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi faktına görə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır. 

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.

İstintaqla hadisənin R.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuş və müdafiəçinin iştirakı ilə dindirilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam