Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Bakının işğaldan azad edilməsi böyük hadisədir" - Akkan Suver

"Bakının işğaldan azad edilməsi böyük hadisədir" - Akkan Suver
Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələri ilə Qafqaz İslam Ordusunun birgə rəşadəti sayəsində Bakının erməni-daşnak birləşmələrindən azad olunması bütün türk dünyası üçün böyük hadisədir. Zaman keçdikcə bu həqiqət daha aydın formada hiss olunmaqdadır.
Yenixeber.org:   Bu fikirləri  açıqlamasında Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver söyləyib.

Nuri paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun bölgəyə doğru sülh yürüşünü tarixi missiya kimi dəyərləndirən Akkan Suver deyib: “Əlamətdardır ki, Azərbaycan xalqı bu yürüşün nəticələrini hər zaman böyük sevgi və məhəbbətlə xatırlayır. Qafqaz İslam Ordusunun missiyası təkcə Azərbaycan üçün yox, eyni zamanda, sonrakı illərdə Qazi Mustafa Kamal Atatürk tərəfindən qurulan Türkiyə dövlətinin möhkəmlənməsi üçün də böyük əhəmiyyət daşımışdır. Biz o hadisələrdən danışarkən, eyni zamanda, XX əsrin sonlarında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyinin qorunması prosesini də ehtiramla xatırlayırıq. Tarixi, siyasi və mənəvi mahiyyətlərinə görə bu proseslərin hər biri digərini tamamlayır”.

Professor əminliklə deyib ki, Azərbaycanın və Türkiyənin qardaşlıq münasibətləri əbədidir və bu birlik dövlətlərimizin gücünə əlavə güc qatmaqda davam edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam