Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Donald Tusk: "Avropa İttifaqı heç bir şərtlə Rusiyanın G7-yə geri dönməsinə razılaşmayacaq"

Avropa İttifaqı (Aİ) heç bir şərtlə Rusiyanın G7-yə geri dönməsinə razılaşmayacaq.

Yenixeber.org:  Bu barədə Aİ Şurasının prezidenti Donald Tusk mətbuat konfransında deyib.

“Bir il əvvəl Kanadada ABŞ prezidenti Tramp Krımın Rusiya tərəfindən ilhaqının qismən haqlı olduğunu açıq şəkildə bildirərək Rusiyanı G7-yə qaytarmağı təklif etdi. Bu məntiqlə razılaşa bilmərik. Rusiyanı masaya dəvət etmə ətrafında yaranan fərziyyələrə gəldikdə, bunu demək istərdim ki, Rusiyanın 2014-cü ildə G7-dən çıxarılması səbəbləri hələ də etibarlıdır və bura Rusiyanın Azov dənizindəki təxribatı kimi yeni səbəblər də əlavə olunub. İkincisi, Rusiya G7-yə ilk dəfə dəvət edildiyi zaman onun liberal demokratiya,qanununun və insan haqlarının aliliyi yolunu tutacağına inanılırdı. Aramızda Rusiyanın bu yolda olduğunu inamla söyləyən biri yoxdur,” – deyə Donald Tusk bildirib.

Aİ Şurasının prezidenti bu gün Fransanın Biarritz şəhərində öz işinə başlayan G7-nin sammitindəki liderləri G7-nin növbəti görüşünə jest olaraq Ukraynanın dəvət olunmasını təklif edəcəyini əlavə edib.

Donald Tusk bununla bağlı Ukrayna Prezidenti Zelenski ilə müzakirə etdiyini bildirib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam