Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

AZAL daha bir təyyarə aldı

 

“Azərbaycan Hava Yolları” üçün sifariş edilmiş geniş gövdəli “Boeing-787-8” Dreamliner təyyarəsinin ikincisi də Bakıya gətirilib. 

"Xeberinfo.com":  Məlumata görə, dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enən reaktiv tipli “Boeing-787-8” Dreamliner təyyarəsi ən müasir texnologiyalarla təchiz olunub. Bu təyyarə həm texniki, həm də xidmət cəhətdən digər hava gəmilərindən fərqlənir. Dreamlinerin çəkisi analoji təyyarələrlə müqayisədə daha yüngüldür. Buna baxmayaraq, uçuş məsafəsi və yükqaldırma imkanı digərlərindən çoxdur və 20 faiz az yanacaq sərf edir.

“Azərbaycan Hava Yolları” üçün sifariş edilmiş geniş gövdəli “Boeing-787-8” Dreamliner təyyarəsi 210 sərnişin tutumuna malikdir. Fasiləsiz 15 saat uçuş yerinə yetirən bu təyyarə birbaşa 15 min 700 kilometr məsafə qət edə bilir. Dreamliner bu göstəricilərə görə hazırkı sərnişin təyyarələri arasında liderdir.“Arzular layneri”nin sərnişin salonunda üç növ oturacaq və onlara uyğun fərqli xidmət sinifləri mövcuddur. Təyyarənin bütün aeronaviqasiya və sərnişin salonunun audio-video sistemləri ən son texnoloji yeniliklər əsasında tərtib olunub. Beynəlxalq aviasiya təşkilatlarının xüsusi tələbləri nəzərə alınmaqla, “Azərbaycan Hava Yolları” artıq həm uçuş, həm də yerüstü xidmət heyətinin hazırlığına da başlayıb.

Təyyarənin istismarı ilə bağlı təlimatların bütün tələblərini iki ay ərzində bitirmək planlaşdırılır. Pilotlar xarici təlimatçılarla birgə sınaq-təlim uçuşlarını Azərbaycan aeroportlarında davam etdirəcəklər. Bundan sonra “Boeing-787-8” təyyarələri sərnişinlərimizə xidmət göstərməyə başlayacaq. İlk mərhələdə Bakıdan Pekinə, Londona və Avropanın digər şəhərlərinə uçuşlar həyata keçiriləcək. 2015-ci ilin yay mövsümündən etibarən isə bu hava gəmilərinin Nyu-York və yeni açılacaq hava xətlərində istismarı gözlənilir.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” QSC ilk “Boeing-787-8” Dreamliner təyyarəsini dekabrın 24-də Bakıya gətirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam