Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sabah bu ərazidə qaz olmayacaq

 

Sabah bu ərazidə qaz olmayacaq

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

Yenixeber.org: Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, Ukrayna dairəsindən Neapol dairəsinə qədər yeni çəkilmiş polietilen 315 millimetrlik qaz xəttinin mövcud şəbəkəyə qoşulması, R.Quliyev, M.Rüstəmov küçələrində yeraltı diametri 108 və 159 millimetrlik qaz xətlərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, eləcə də tənzimləyicinin yerinin dəyişdirilməsi ilə əlaqədar dekabrın 11-də saat 09:00-dan təmir işləri yekunlaşana qədər Xətai rayonunun Gəncə, Babək prospektləri, Azadlıq, Mədinə Gül-Gün, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov, Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam