Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Tibb ocaqları ən müasir cihazlarla təchiz olunur

 

“Azərbaycanın səhiyyə sistemində müasir standartlara əsaslanan yenilənmə işləri aparılır”. 
"Xeberinfo.com": Bu haqda məlumatı Səhiyyə Nazirliyinin Mətbuat Xidməti yayıb.

Məlumatda deyilir ki, əsaslı şəkildə yenidən qurulan tibb ocaqları ən müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunur.

Səhiyyə infrastrukturunun yenidən qurulması və tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb işçilərinin sosial müdafiəsinin güçləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər uğurla davam edir.

Akademik Mirqasımov adına Respublika Xəstəxanasının daha bir korpusunda aparılan təmir işləri başa çatdırılıb və tibb müəssisəsi yenidən qapılarını əhalinin üzünə açıb. Qastroentologiya, kardiologiya, nevrologiya və doğum şöbələrinin yerləşdiyi korpusda əhalinin sağlamlığının qorunması və yüksək tibbi xidmətin təşkili üçün hər cür şərait yaradılıb. Şöbələr ən müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunub. Yalnız bir və iki nəfərlik palatalar, 24 və 6 yerlik iki dializ zalı, intensiv terapiya və əməliyyat otaqlarında yaradılan şərait əhaliyə daha keyfiyyətli tibbi xidmət göstərilmək imkanlarını daha da artırıb.

Səhiyyə Nazirliyinin ElmiTədqiqat Pediatriya İnstitutunun növbəti korpusunda ən yüksək standartlar səviyyəsində yenidən qurulmuş cərrahiyyə bloku, 50 çarpayılıq reanimasiya zalı, kuvez-inkubatorlar istifadəyə verilib. Şöbələrin hər birində qurulan biomonitorlar, süni tənəffüs aparatları, eləcə də ekspress diaqnostika labaratoriyaları dünyanın ən qabaqcıl yeni nəsil avadanlıqlarındandır. 

Xəstəxanada yeni doğulan körpələrin reanimasiyası və intensiv müalicəsi üçün bütün zəruri şərait yaradılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam