Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İlham Əliyev Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət etdi

Prezident İlham Əliyev “Əbədi şöhrət” abidəsinin önünə əklil qoydu.

Yenixeber.org: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib.

Kompleksdə 1948-ci ildə baş vermiş zəlzələ zamanı həyatlarını itirmiş və Göytəpə döyüşlərində şəhid olmuş insanların xatirəsinə abidələr ucaldılıb.

Prezident İlham Əliyev “Əbədi şöhrət” abidəsinin önünə əklil qoydu.

Sonra dövlətimizin başçısı “Vətən müqəddəsliyi” muzeyi ilə tanış olub.

Muzeydə Göytəpə döyüşlərinin maketi quraşdırılıb, eyni zamanda, Göytəpə qalası, həmin döyüşlərin qəhrəmanları, döyüşlər zamanı istifadə olunan silah və libaslar, həmçinin digər eksponatlar nümayiş olunur.

Dövlətimizin başçısı 1881-ci ildə baş vermiş Göytəpə döyüşlərinin instalyasiyasına baxdı. Muzeydə, eyni zamanda, İkinci Dünya müharibəsi, onun qəhrəmanları, həmçinin həmin müharibə zamanı hərbçilərin istifadə etdikləri geyimlər, silah-sursat və digər eksponatlar sərgilənir.

Muzeyin növbəti bölməsi 1948-ci ildə Aşqabadda baş verən zəlzələyə həsr olunub. Burada həmin zəlzələ zamanı dağılan binaların qalıqları təqdim edilir.

Türkmənistanın inkişafına həsr olunan bölmədə müasir Aşqabadın görkəmini əks etdirən fotolar nümayiş etdirilir.

Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam