Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türkiyə 18 şübhəlini Səudiyyədən tələb etdi

 

Türkiyə 18 şübhəlini Səudiyyədən tələb etdi
İstanbul vilayətinin baş prokuroru jurnalist Camal Kaşoqinin qətli ilə bağlı Səudiyyə Ərəbistanının 18 vətəndaşını istintaqa cəlb etmək niyyətindədir.
 Yenixeber.org: "Anadolu" agentliyi xəbər verir ki, bu barədə baş prokurorluq aidiyyəti qaydada iddia qaldırıb. 

Sənəddə həmin şəxslərin şübhəli qismində istintaqa cəlb olunması üçün Türkiyə tərəfinə verilməsi tələb edilir. Türkiyənin Ədliyyə Nazirliyi məsələnin həlli ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət edib.

Qeyd edək ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. 

Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, konsulluqda olarkən Camal Kaşoqi ilə onun Səudiyyəyə dönməsində israr edənlər arasında dava yaranıb və nəticədə insident jurnalistin ölümünə səbəb olub. Kaşoqinin qətli ilə bağlı Səudiyyədə açılan cinayət işi çərçivəsində 18 nəfər həbs olunub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam