Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sürüşmə zonasında son durum:uçqunlar baş verdi

 

09:48

Badamdar sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sahədəki çatlarda artım qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasının sağ və sol hissəsində isə yeni çatlar müşahidə edilib.

***

Badamdar sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə kütləsi üzərində kiçik tipli uçqunlar və süxur kütlələrinin yamac boyu axıntıları müşahidə edilib.

Qeyd olunub ki, sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində artım qeydə alınmayıb:

"Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb".

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvlərinin Badamdar sürüşmə zonasında apardıqları monitorinqin saat 18:00-a olan nəticəsi açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, sürüşmə ərazisində aktivlik davam edir. Belə ki, sürüşmə kütləsi üzərində xırda hissəciklərin uçqun tipli hərəkəti qeydə alınıb və uçqunlar baş verib. Sürüşmənin sol qanadında əmələ gəlmiş çatların ölçüləri genişlənib. Buna baxmayaraq, fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda isə dəyişiklik müşahidə edilməyib.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam