Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Branson azadlıqda - Təcili

 

Casusluqda, PKK və FETÖ terror təşkilatları ilə əlbir olub cinayət törətməkdə ittiham olunan amerikalı rahib Endryu Branson bu gün 4-cü dəfə hakim qarşısına çıxarılacaq.

Yenixeber.org: Branson İzmirdə ev həbsində qaldığı yerdən təhlükəsizlik qüvvələri tərəfindən məhkəməyə aparılıb.

Keşişin evinin qarşısında böyük təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, ABŞ-ın bir sıra yüksəkçinli şəxsləri Bransonun bu gün azad ediləcəyinə ümid etdiklərini açıqladığı halda, bəzi mənbələr keşişin 35 ilə qədər azadlıqdan məhrum edilə biləcəyini vurğulayır.

***

Amerikalı keşiş Endryu Bransonun məhkəmə prosesində şahidlərdən bəziləri ifadələrini dəyişib.

Bu barədə CNN televiziyasının müxbiri Ben Vedeman yazıb.

Müxbirin sözlərinə görə, əvvəl Branson əleyhinə ifadə vermiş şəxslərin bir neçəsi ifadəsini dəyişib və “qarmaqarışıq” yeni ifadələr veriblər. Məhkəmə prosesinə verilən 1 saatlıq fasilədən sonra isə yeni bir şahidin Bransonun lehinə ifadə verməsi gözlənilir.

***

Prokuror İzmir Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxarılan Endryu Bransonun 10 ilə qədər həbs cəzası almasını tələb edib.

***

Məhkəmə casusluqda, PKK və FETÖ terror təşkilatları ilə əlbir olub cinayət törətməkdə ittiham olunan amerikalı rahib Endryu Branson haqda qərarını açıqlayıb.

Qərara əsasən, məhkəmə Bransonu 3 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum edib. Onun istintaq prosesində həbsdə qaldığı müddət nəzərə alınaraq azad edilməsi ilə bağlı qərar verilib.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam