Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

ABŞ-la müharibəyə səbəb olan rahibin PKK və FETÖ ilə bağlantısı belə sübut edildi -FOTOFAKT

 

ABŞ-la müharibəyə səbəb olan rahibin PKK və FETÖ ilə bağlantısı belə sübut edildi - FOTOFAKT

PKK və FETÖ terror təşkilatları ilə əməkdaşlıq etdiyi üçün Türkiyənin İzmir şəhərində ev həbsində saxlanılan amerikalı rahib Endryu Branson haqqında açılan istintaq işində yeni detallar ortaya qoyulub.

Yenixeber.org: Rahibə yaxınlığı ilə diqqət çəkən Məhəmməd Əhməd adlı şəxsin Bransonun mənəvi oğlu olması üzə çıxıb.

Branson məhz “Mardini Dilbirin” ləqəbi ilə tanınan mənəvi oğlu vasitəsilə PKK və YPG terror təşkilatları ilə əlaqə yarada bilib.

Branson həbs edilmədən öncə Əhmədi Belçikaya göndərib. O da İzmir Xristian Kürdlər Kilsəsinin fəaliyyətlərini “Dəra Kurden Məsihi Belçika” adlı kilsədə rahib qismində davam etdirib. Bransonun rahib kimi işlədiyi Diriliş kilsəsinin Məhəmməd Əhmədin şəxsi sosial media hesabında “İzmir Xristian Kürdlər Kilsəsi” kimi təqdim edilməsi də diqqət çəkib.

Əhməd sosial media hesabında bu ifadələrə yer verib:

“İzmirin Alsancaq səmtində yerləşən Diriliş kilsəsinin rahibi (Endryu Branson) türkiyəli din adamı ilə (Fətullah Gülən) münasibət qurması bəhanəsi ilə bir müddət öncə dövlət tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, təxminən, 2,5 il xidmət edən kilsəmiz kürd əsilli olduğumuz üçün dövlətin təzyiqi ilə bağlanıb. İzmirdəki kürd xristian qardaşlarımızı qorxudan və kilsənin bağlanmasına səbəb olan bu hadisəni qınayırıq. Kürd xalqını və xristianları dualarınızda unutmayın”.

Hesabında PKK terror təşkilatının başçısı olmuş Abdullah Öcalanın da fotosunu paylaşan Məhəmməd Əhməd Türkiyə və Türkiyə Silahlı Qüvvələrinə qarşı ağır ittihamlar irəli sürüb.

Onun digər fotolarında isə PKK və Kürdistana aid bayraqların olması açıq-aşkar görünür.

Qeyd edək ki, Endryu Bransonun Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin təqaüddə olan agenti kimi Türkiyəyə casusluq məqsədilə göndərildiyi iddia edilir. O, dövlətin sirlərini casusluq məqsədilə istifadə etdiyinə və PKK, FETÖ terror təşkilatları ilə əməkdaşlıq etdiyinə görə 35 il həbs cəzasına məhkum edilib.(publika)

Zümrüd


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam