Redaktor seçimi
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir-
Əhmədzadələrin Qaxdan İngiltərəyə uzanan biznes imperiyası-
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı:
  Kollec direktorunun başı dərddə-
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Günün xəbəri

Növbəti Helikopter təxribatı

 

Ermənilər Ağdamda keçirdikləri təlimdə yenidən hərbi helikopterlərdən istifadə ediblər

"Xeberinfo.com": Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində keçirilən hərbi təlimlərdə ötən gün yenidən hərbi helikopterlər havaya qaldırılıb.

APA-nın məlumatına görə, Ermənistan mediası Ağdam rayonunun işğal olunmuş ərazilərində prezident Serj Sərkisyanın da izlədiyi təlimdə Mi-24 döyüş helikopterlərinin uçuşu və raket atışlarının foto və videolarını nümayiş etdirib.

Təlimdən yayımlanan fotolarda erməni əsgərlərinin «İqla» portativ zenit-raket sistemindən də atışlar həyata keçirdiyi nümayiş olunub.

Qeyd edək ki, ermənilərin açıqladığı rəsmi məlumata görə, Qarabağda keçirilən «Birlik-2014» adlı təlimə 2100 artilleriya sistemi, 850 zirehli texnika, 450 ədəd hava hücumundan müdafiə vasitəsi, 1600 tank əleyhinə vasitə, 260 xüsusi texnika və 4200 avtomobil texnikası cəlb olunub. Təlimlər noyabrın 15-də başa çatacaq.

Noyabrın 12-də Ağdam ərazisində keçirilən təlim zamanı Azərbaycan Ordusunun mövqelərinə hücum edən Ermənistan HHQ-nin bir ədəd Mi-24 döyüş helikopteri Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?