Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Gürcüstan XİN başçısı:"Azərbaycanla münasibətlərimiz strateji tərədaşlıq səviyyəsinə yüksəlib"

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın xarici işlər naziri Mixail Canelidze ilə görüşüb


Yenixeber.org:  Görüşdə Azərbaycanla Gürcüstan arasında əlaqələr, regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri, ikitərəfli, həmçinin Azərbaycan-Gurcüstan-Türkiyə formatı çərçivəsində münasibətlərin inkişaf perspektivləri geniş müzakirə olunub.
M.Canelidze iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini xüsusi vurğulayıb. O bildirib ki, hər iki dövlət beynəlxalq təşkilatlarda da bir sıra vacib məsələlərlə bağlı eyni mövqedən çıxış edirlər.
F.Muradov Azərbaycan dövlətinin, əsasən də Prezident İlham Əliyevin Gürcüstanla münasibətlərə xüsusi önəm verdiyini söyləyib: "İki ölkənin həyata keçirdiyi regional layihələr təkcə xalqlarımızın rifahının yaxşılaşmasıma deyil, bütövlükdə regionun inkişafına, eləcə də Avropanın enerji təhlükəsizliyinə xidmət edir".
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, F.Muradov Gürcüstanda səfərdədir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam