Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

MSK üzvü Azər Tağıyev vəfat edib

 

 

Azərbaycan Vəkillər Kollegiyasının (VK) keçmiş sədri, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Azər Tağıyev dünyasını dəyişib

 

Yenixeber.org: O, bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, 5 gün əvvəl - aprelin 25-də Azər Tağıyevin 70 yaşı tamam olub.

Azər Tağıyev 1948-ci il aprel ayının 25-də Şəki şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1967–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil alıb.

1974-cü ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunaraq, vəkillik fəaliyyətinə Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasında başlayan Azər Tağıyev 1989-1991-ci illərdə SSRİ Vəkillər İttifaqının Katibi olub.

O, 1995-2017-ci illərdə Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri olub, 26 iyun 1998-ci ildə Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib və vəfat edənədək MSK üzvü olub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 aprel 2008-ci il tarixli sərəncamı ilə Azər Tağıyevə “Əməkdar hüquqşünas” fəxri adı verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam