Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ermənistan müxalifəti bu gün yenidən etiraz aksiyası keçirir -VİDEO - YENİLƏB

 

 

Nikol Paşinyan: Nümayişçiləri dəstəkləmək üçün Martunidən Yerevana maşın karvanı gəlir© Sputnik

Yenixeber.org: Yerevanda etirazçılar paytaxtın bir neçə mərkəzi küçəsini bağlayıblar, təhlükəsizlik qüvvələri və xüsusi vasitələrin əraziyə toplaşması müşahidə olunur.

 Ermənistan KİV-i xəbər verir ki, müxalifət lideri, Ermənistan parlamentinin deputatı Nikol Paşinyan etirazların davam edəcəyini açıqlayıb və bu gün saat 19:00-da Respublika Meydanında mitinq keçiriləcəyi elanını verib. O qeyd edib ki, nümayişçiləri dəstəkləmək üçün Martunidən Yerevana maşın karvanı gəlir.

Polis müxalifətin mitinqinin keçirildiyi Respublika Meydanı ərazisindəki bütün hökumət binalarına nəzarəti ələ alıb.

Parlamentin "Tsarukyan" müxalifət fraksiyasının katibi Vaqe Enfiacyan "Facebook" səhifəsində etiraz aksiyasına qoşulduğunu yazıb və partiya yoldaşlarını da hərəkata dəstək verməyə çağırıb.


*** 11:16

Ermənistanda müxalifətçilər yenidən paytaxt Yerevanın "Respublika" meydanına toplaşmağa başlayıblar. 

Bu barədə Ermənistan KİV-i xəbər verir.

Bu gün paytaxtda yeni etiraz aksiyası keçiriləcək. Mitinqdə müxalifət lideri, deputat Nikol Paşinyanın çıxış edəcəyi gözlənilir.

Xatırladaq ki, N.Paşinyan daha əvvəl aprelin 25-də hökumətlə danışıqları davam etdirəcəyini bildirib, lakin aprelin 24-də axşam bu görüşün baş tutmayacağı aydın olub. N.Paşinyan Ermənistanın hakim Respublika Partiyasının Serj Sarqsyanın istefası bahasına hakimiyyəti saxlamaq istədiyini bildirirək, etiraz aksiyalarının davam etdiriləcəyini söyləyib.

Müxalifətçi aprelin 25-də də etiraz aksiyalarını davam etdirməyə və republikaçıların hakimiyyətdə qalmasına icazə verməməyə çağırış edib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam