Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Əbülfəs Qarayev Otomuradovla görüşdü

 

 

   

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Sarvar Otomuradovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenixeber.org: Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ə. Qarayev Özbəkistan və Azərbaycan arasında mədəniyyət və turizm əlaqələrinin inkişaf etdirilməsi, turistlərin cəlb olunması istiqamətində qarşılıqlı əməkdaşlığın sürətləndirilməsi üçün görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. Sarvar Otomuradov Özbəkistanın turizm bazarı üçün Azərbaycanın prioritet istiqamətlərdən biri olduğunu və bu məqsədlə qarşılıqlı turist mübadiləsinin xüsusi əhəmiyyətini qeyd edib.

Nazir ölkəmizin müxtəlif turizm imkanlarının, o cümlədən sağlamlıq turizmi, qış turizmi və s. turizm sahələrinin özbək turistlərini Qalaaltı, Naftalan, Duzdağ, Şahdağ və s. istiqamətlərinə cəlb edə biləcəyini bildirib. Qeyd edib ki, bu məqsədlə hər iki ölkəyə info-turların təşkili turistlərin cəlb olunması, turizm potensialının təbliği istiqamətində effektiv ola bilər.

 

Görüşdə Özbəkistan və Azərbaycan arasında birbaşa uçuşların mövcudluğunu nəzərə alaraq, birgə turist paketlərinin hazırlanması, çarter reyslərin açılması, qarşılıqlı turist axınının stimullaşdırılması ilə bağlı təkliflər səsləndirilib. Qonaq Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi ilə hüquqi baza əsasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam