Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakı Avro-2020-ni keçirmək hüququ qazandı

 

     Azərbaycan daha bir möhtəşəm yarışı təşkil etmək hüququna yiyələnib.

   "Xeberinfo.com": Bakı final mərhələsi 2020-ci ildə təşkil olunacaq Avropa çempionatına ev sahibliyi edəcək. Bu qərarı UEFA-nın İcraiyyə Komitəsi bugünkü yığıncağında verib. İsveçrənin Cenevrə şəhərindəki “Espace Hippomene” Sərgi Mərkəzində keçirilən iclasda AVRO-2020-ni qəbul edəcək 13 ölkəni təmsil edən şəhərlər müəyyənləşib.

AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi tədbirin nəticələrinə əsasən turnir Bakı (Azərbaycan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) və Brüssel (Belçika) şəhərlərində keçiriləcək.

Bunlardan 4-ü – Bakı, Münhen, Roma, Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 finalı qəbul edəcək. Digər 8 şəhərdə isə pley-offun 1/8 final qarşılaşmaları baş tutacaq.

Qaydalara əsasən, bu şəhərlərdən 12-si, o cümlədən Bakı qitənin ən nüfuzlu futbol turnirinin 4 matçını qəbul edəcək: ev sahiblərinə AVRO-2020-nin qrup mərhələsinin üç, pley-offun bir (1/8 və ya 1/4 final) görüşünü təşkil etmək hüququ verilib.

Böyük Britaniyanın paytaxtı London isə yarımfinal qarşılaşmalarını və final matçını təşkil edəcək. Həlledici qarşılaşma “Uembli” stadionunda keçiriləcək. Namizədliyi verilən şəhərlərdən Minsk (Belarus), Skopye (Makedoniya), Solna (İsveç), Kardiff (Uels), Yerusəlim (İsrail) və Sofiya (Bolqarıstan) isə arzusuna qovuşmayıb.

AVRO-2020-nin final mərhələsində 24 komanda iştirak edəcək. Turnirin 60 illiyi ilə əlaqədar 13 ölkəni əhatə edəcək yarışda heç bir ölkə meydan sahibi kimi seçmə mərhələdən azad olmayacaq.

Qeyd edək ki, Bakı AVRO-2020-nin final mərhələsinə kimi 2015-ci ildə ilk Avropa Oyunlarını, 2016-cı ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatını və Şahmat Olimpiadasını və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını da keçirmək hüququ qazanıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam