Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazirdən 68 minlik stadionun inşasına münasibət

 

Gənclər və İdman naziri Azad Rəhimov 2020-ci ildə Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatı üçün yeni stadion tikintisi məsələsinə aydınlıq gətirib

"Xeberinfo.com":  Məlumata görə, A.Rəhimov Trend-ə bildirib ki, hazırda 68 minlik Bakı Olimpiya Stadionunun tikintisi başa çatır, Tofiq Bəhramov adına Respublika stadionu isə ən yüksək standartlara cavab verir:
"Əlbəttə, müəyyən tələblərə əsasən bəzi stadionlarda yenidənqurma işləri aparıla bilər. Əminəm ki, yarışlardan əvvəl FIFA və UEFA təmsilçiləri Azərbaycana səfər edəcək və hazırlıq işləri ilə yaxından tanış olacaqlar. Ehtiyac yaranacağı təqdirdə əlavə işlər görülə bilər. Lakin Avropa çempionatı üçün Bakıda tamamilə yeni stadionun inşası qeyri-realdır. Düşünmürəm ki, biz bunu etməli olacağıq".
 
Nazir deyib ki, Bakı Olimpiya Stadionunda işlərin 93-95 faizi başa çatıb: "Xüsusilə qeyd etmək istəyirəm ki, Bakı Olimpiya Stadionu Avropa Oyunları üçün tikilən qurğulardan yeganə obyektdir ki, yoxlama yarışları keçirilməyəcək".
 
Qeyd edək ki, Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək 13 şəhər müəyyənləşib. Bunlar Bakı (Azərbaycan), Brüssel (Belçika), Kopenhagen (Danimarka), London (İngiltərə), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Dublin (İrlandiya), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) şəhərləridir.
 
Bu şəhərlərdən 4-ü - Bakı, Münhen, Roma, Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 final oyunlarını da qəbul edəcək. Digər 8 şəhərdə isə pley-off-un 1/8 final mərhələsinin qarşılaşmaları baş keçiriləcək. Qaydalara görə, bu şəhərlərdən 12-si, o cümlədən Bakı qitənin ən nüfuzlu turnirinin 4 matçını qəbul edəcək: ev sahiblərinə Avro-2020-nin qrup mərhələsinin üç, pley-off-un bir (1/8 və ya 1/4 final) görüşünü təşkil etmək hüququ verilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam