Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Bakıda da keçiriləcək AVRO-2020-nin mükafat fondu açıqlanıb

 

 

UEFA məbləği 70 milyon avro artırıb

Yenixeber.org: Futbol üzrə 2020-ci il Avropa çempionatının ümumi mükafat fondu 371 milyon avro təşkil edəcək. 

Bu barədə UEFA-nın baş katibi Teodor Teodoridis qurumun Slovakiyanın paytaxtı Bratislavadakı Konqresində açıqlama verib. O bildirib ki, qalib komanda 34 milyon avro qazanacaq: "Final mərhələsinin 24 iştirakçısının hər biri azı 1,25 milyon avro, maksimum 34 milyon avro əldə edəcək".

Fransada keçirilmiş AVRO-2016-nın mükafat fondu 301 milyon avro olub. Başqa sözlə, növbəti qitə çempionatı üçün bu məbləğ 70 milyon avro artırılıb. 

Qeyd edək ki, AVRO-2020 qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Bakıda A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final matçlarından 1-i keçiriləcək. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam