Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Sovetski"də genişmiqyaslı söküntüyə başlanılır

 

"Sovetski"də genişmiqyaslı söküntüyə başlanılır

 

Yaxın günlərdə Bakı şəhərinin Baş Planına uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyəti Nəriman Nərimanov prospektində və ona bitişik küçələrdə ("Sovetski" adlanan ərazidə) yaşayış evləri və obyektlərin genişmiqyaslı söküntüsünün ikinci mərhələsinə başlayacaq

Yenixeber.org:  Bu barədə  Yasamal RİH-dəki mənbə bildirib.

Xatırladaq ki, əvvəllər bildirilirdi ki, "Sovetski" ərazisində istifadəyə yararsız yaşayış evlərinin sökülməsi işlərinin davam etdirilməsi məqsədilə prezident İlham Əliyev 2018-ci ildə "Təzə Pir" məscidindən yuxarı - Nəriman Nərimanov prospekti və İsmayıl bəy Qutqaşınlı küçəsi arasında yerləşmiş evlərin alınması barədə göstəriş verib. Bundan sonra isə ərazi təmizlənəcək.Dövlət başçısının göstərişinin icrası məqsədilə Yasamal RİH müəyyən edib ki, Nabatxanım Aşurbəyova (keçmiş Mustafa Sübhi), Süleyman Tağızadə, Abdulla Şiq və Çingiz Mustafayev küçələri arasında 1130, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Şingiz Mustafayev və Mirzağa Əliyev küçələri arasında isə 880, yəni ümumilikdə 2010 ev və qeyri-yaşayış obyekti var.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhərinin Baş Planına uyğun olaraq, 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun "Sovetski" adlanan ərazisində indiyə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300-ə yaxın demək olar ki, istifadəyə yararsız hala çatmış yaşayış obyektləri sakinlərlə əldə edilmiş razılığa uyğun olaraq satın alınaraq sökülüb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam