Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Cahangir Əsgərov “Abşeron” oteldə qalmaqal saldı– Eksklüziv

 

241

Yenixeber.org:  Bir neçə il əvvəl “Landmark” otelində qalmaqal yaratması ilə gündəmə gəlmiş AZAL prezidenti Cahangir Əsgərov bu dəfə “Abşeron” (Mariot) oteldə biabırçılıq edib.

Bakıdan verilən məlumata görə, AZAL şefi məşhur “Abşeron” otelinin restoranında pomidor-yumurta çığırtması sifariş edib.

“Abşeron” oteli“Abşeron” oteli

Peşəkar aşpaz komandasına malik olan və hər zaman vəzifəli, imkanlı, elit təbəqədən olan müştəriləri qarşılayan otel C.Əsgərovu razı sala bilməyib.

Qaba xasiyyəti ilə xarakterizə olunan baş pilotun ürəyindən pomidor-yumurta keçib və süfrəyə sifariş olunan yemək gətirilib.

Lakin C.Əsgərovun kobud şəkildə ofisianta etiraz etdiyi, bişirilən pomidor-yumurta çığırtmasını bəyənmədiyi iddia olunur.

AZAL prezidenti Cahangir Əsgərov AZAL prezidenti Cahangir Əsgərov / Foto: APA Holding

Ofisiantı acılayan AZAL şefinin narazılığını yanındakı adamları göz qırpmaqla ört-basdır ediblər.

Restoran personalı da, C.Əsgərovun çevrəsindəkilər də bir-birini anlayıblar ki, çığırtma olduqca ləziz hazırlanıb.

Sadəcə, şikayətlənmək AZAL prezidentinin xasiyyətidir və hər dəfəsində bir irad tutmağa səbəb tapır.

Məlumata görə, otelə ayrı-ayrı yüksək vəzifəli məmurlar təşrif buyururlar və onlar bəzən gözlənilməz sifarişlər verirlər.

► Qeyri-iş günü olduğu üçün AZAL mətbuat xidməti ilə əlaqə yaratmağımız mümkün olmadı.(AzEuroNews.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam