Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Məhkəmə idmançı Kamil Zeynallı və xanım jurnalist barəsində qərar verdi

 

Ali Məhkəmədə idmançı Kamil Zeynallı və jurnalist Əfruzə Ağayevanın arasında çəkişməli məhkəmə prosesi başa çatıb

 

Yenixeber.org: Bu barədə Kamil Zeynallının vəkili Asif Abdullayev özünün feysbuk səhifəsində məlumat verib.

Vəkil qeyd edib ki, Ali Məhkəmə apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayıb: “Məhkəmənin qərarına əsasən, Əfruzə Ağayeva Kamil Zeynallıdan üzr istəməli və ona 1000 manat məbləğində təzminat ödəməli, eyni zamanda da Kamil Zeynallı təkzib verməli və Əfruzə Ağayevaya 1000 manat təzminat ödəməli olacaq”.

Xatırladaq ki, idmançı K.Zeynallı aparıcı Şəbnəm Hüseynovanı sosial şəbəkələrdə küçə söyüşləri ilə təhqir etmişdi. Ş. Hüseynova isə sosial şəbəkədə ""Kamilin söydüyü söyüşlər onun nəslindəki qadınlara getsin" cavabı yazıb. Jurnalist Ə.Ağayeva isə həmin statusu xəbər kimi hazırlamışdı. Bundan sonra K. Zeynallı Ə. Ağayevanı da küçə söyüşləri ilə təhqir etmişdi.

Bu səbəbdən də Əfruzə Ağayeva Kamil Zeynallıya qarşı iddia qaldıraraq, dəyən mənəvi ziyanla bağlı 50 min manat ödəməsini və instaqramda təkzib verilməsini tələb edib. Kamil Zeynallı qarşılıqlı iddia qaldırdıq və qərəzli material hazırladığı üçün, jurnalistdən dəyən mənəvi ziyanla bağlı 100 min manat ödəməsini və ondan üzr istəməsini tələb etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam