Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ərdoğanın məktubu Naxçıvanda oxundu

Ərdoğanın məktubu Naxçıvanda oxundu

Türkiyə Cümhuriyyətinin yaradılmasının 94-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.

Yenixeber.org-un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib. Tədbirdə Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib. 

Türkiyə Cümhuriyyətinin PrezidentRəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin yaradılmasının 94-cü ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik oxunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin müstəqillik bayramı – Cümhuriyyət elan edilməsinin 94-cü ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edib. Ali Məclisin sədri bildirib ki, bu gün Azərbaycan-Türkiyə əlaqələri inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:

"Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında da faydalı əməkdaşlıq əlaqələri qurulub. Təhsil, səhiyyə, mədəniyyət, ticarət və iqtisadi sahələrdəki əlaqələrin inkişafı böyük məmnunluq doğurur. Bu günlərdə qardaş Türkiyə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına görə Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinə Türkiyəyə məhsul ixracında sərbəst ticarət imkanı verilib. Bu qərarı əlaqələrimizin daha da gücləndirilməsinə yönəlmiş mühüm addım kimi yüksək qiymətləndirirəm. Qardaş Türkiyə Respublikasını Cümhuriyyət bayramı münasibətilə bir daha təbrik edirəm. Qardaş Türkiyə xalqına rifah və tərəqqi arzulayıram".

Türkiyənin Naxçıvandakı Baş konsulu Nihat Ərşən çıxış edərək türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Cümhuriyyətinin yaranmasından və keçdiyi inkişaf yolundan danışıb. Qeyd olunub ki, Türkiyə-Azərbaycan əlaqələri bu gün sürətlə inkişaf edir, birgə layihələr həyata keçirilir. Nihat Ərşən Türkiyənin dost və qardaş Azərbaycanla əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikasının rolunu qeyd edib, bu sahədə həyata keçirilən tədbirlərin əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam