Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycan və Çin alimlərinin tədqiqat mərkəzləri yaradılır?

 

Azərbaycan və Çin alimlərinin tədqiqat mərkəzləri yaradılır?

 

 

Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər – bir yol” layihəsi bəhrəsini verir. Artıq layihə çərçivəsində Çin 40-dan çox ölkə və qurumla əməkdaşlıq memorandumu imzalayıb.

Yenixeber.org: Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu elmi şurasının sədri, professor Pey Çanxun Bakıda “Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib. O, “Bir kəmər – bir yol” layihəsinin Azərbaycan-Çin münasibətlərini daha da inkişaf etdirdiyini söyləyib.

Ölkəsinin investisiya imkanlarından danışan Pey Çanxun deyib: ”Böyük turizm potensialı olan Azərbaycanda bu sahəyə Çin şirkətlərini təşviq edə bilərik”. Çinli professor İki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq imkanlarından bəhs edib. O, Azərbaycanda və Çində hər iki ölkə alimlərinin birgə tədqiqat mərkəzlərinin yaradılması təklifini irəli sürüb. Qeyd edib ki, bu, Azərbaycan-Çin əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam