Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"“İpək yolu” üzv ölkələrdə həyat səviyyəsini yüksəldəcək" -Türkiyə Prezidenti

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, “Bir kəmər-bir yol” təşəbbüsü bura cəlb edilən ölkələrin inkişafına mühüm töhfə verə və həmin dövlətlərdə vətəndaşların həyat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldə bilər.

Yenixeber.org:  “İpək yolu” ilə əlaqədar Pekində keçirilən “Bir kəmər-bir yol” adlı beynəlxalq forumda çıxış edən Türkiyə prezidenti bildirib ki, bu layihənin dünyaya sülh və stabillik gətirəcəyinə, bu əməkdaşlıq modelinin uğurlu olacağına əmindir.

R. T. Ərdoğan deyib ki, “Bir kəmər-bir yol” təşəbbüsü qarşılıqlı fayda prinsipinə əsaslanır, regionda iqtisadi və siyasi münasibətlərdə yeni eranın başlanğıcıdır.

Qeyd edək ki, 14-15 may tarixlərində  Pekində “Bir kəmər-bir yol” beynəlxalq forumu keçirilir. Forumda 29 ölkənin prezidenti və baş naziri iştirak edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam