Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Dünyanın ən varlı adamının şirkəti Azərbaycan məhsullarını satacaq

 

Yenixeber.org: “Azexport”un “Amazon”la əməkdaşlığı çərçivəsində "Fulfillment by Amazon" (FBA) xidməti indi Azərbaycanlı iş adamlarına da əlçatan olub. 
Bu barədə “Report”a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, “Amazon FBA” xidməti Azərbaycan sahibkarlarına məhsullarını ABŞ-da yerləşən 100-dən çox anbarda yerləşdirmə, saxlanma, qablaşdırma və çatdırılma xidməti təklif edir. Maraqlı olan iş adamları “Azexport”a (https://azexport.az/index.php?route=information/contact) müraciət edə bilərlər.
Qeyd edək ki, “Amazon.com” dünyada İnternet üzərindən satışları həyata keçirən ən irimiqyaslı portaldır. “Azexport” portalı həmçinin “Alibaba”, “e-Bay” və “Allbiz” kimi iri portallara da inteqrasiya olunub, Azərbaycan məhsullarını bütün dünyaya sərgiləyir.
Qeyd edək ki, ən son açıqlanan statistikaya görə, "Amazon"un rəhbəri Ceff Bezos (Jeff Bezos) dünyanın ən varlı adamıdır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam