Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bill Geytsi qabaqlayan Ceff Bezos dünyanın ən varlı insanı oldu

 

Yenixeber.org: “Amazon” kompaniyasının səhmlərinin bahalaşması Ceff Bezosu dünyanın ən varlı insanları siyahısında ilk pilləyə çıxarıb.

AZƏRTAC Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, 53 yaşlı biznesmen “Microsoft” kompaniyasının banisi Bill Geytsi 200 milyon dollar qabaqlayaraq dünyanın ən varlı insanı olub. Hazırda onun varidatı ümumilikdə 90,9 milyard dollar, Bill Geytsin varidatı isə 90,7 milyard dollar həcmində qiymətləndirilir. Sonuncu 2013-cü ildən bəri dünyanın ən varlı insanı statusunu daşıyırdı.

Səhmləri mart ayından başlayaraq 16,5 milyard dollar bahalaşan “Amazon” kompaniyasının son həftə ərzində daha 2 faiz dəyər qazanması Ceff Bezosun sərvətinin də 2,2 milyard dollar artmasına səbəb olub.

İlin əvvəlindən varidatı sürətlə artan Bezos dörd ay əvvəl ispaniyalı Amansio Orteqanı ötərək reytinqdə ikinci yerə yüksəlmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam