Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Şəhid ailələri “Azəriqaz”ı məhkəməyə verir

 

 "Xeberinfo.com": “Azəriqaz”da aparılan islahatlar qəribə vəziyyət yaradıb. İxtisar əmrinin qüvvəyə minməsindən (mayın 20-dən) bəri rayon qaz idarələrində hərcmərclikdi. Qaz qəza xidmətləri dağıldığı üçün çox yerdə cavabdeh şəxs-növbə rəisi olmur. Cəmi bir-iki çilingər gecə növbəsində qalır ki, bu da ciddi problemlər yarada bilər. Əvvəla qəza baş versə, bunun aradan qaldırmaq üçün işçi qüvvəsi və vaxt yetərli olmayacaq. Bundan əlavə hər rayonda qaz tənzimləyici məntəqə var. Əvvəl orda 24 saat növbətçi olurdu. Oranı tərk eləmək qadağan idi. Hər rayonda 4-5 belə məntəqə vardı. İxtisardan sonra həmin məntəqələr başlı-başına qalıb. Bir sözlə qəza baş verəcəyi halda qəzanı aradan qaldırmağa adam qalmayıb. Əsas problemlərdən biri də budur ki, növbədə qalanların sayı az olduğundan iş saatı çoxalıb. Qəza xidmətində iş 36 olmalıdır, ancaq indi müddət 46 saata qalxıb.

Maraqlı məqamlardan biri də budur ki, qaz idarələrinin rəisləri ixtisara saldıqları insanların yerinə öz yaxınlarını təyin etməyə başlayıblar. Və işdən çıxarılanlar haqlı olaraq sual verir: işçi qüvvəsi lazım idisə, bəs niyə ixtisara salırdınız? Bir məsələni də xatırlatmaq istəyirik ki, ixtisara düşənlər arasında xeyli sayda təhna qadınlar və Qarabağ müharibəsində şəhid olmuş şəxslərin həyat yoldaşları var. Onlar “Azəriqazı” məhkəməyə verməyə hazırlaşırlar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam