Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"İlk mərhələdə 5 rayon qaytarılacaq" -Levon Ter-Petrosyan

 

 

"Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması Ermənistanı daha da zəiflədəcək".

Xeberinfo.com:   Azvision.az-ın məlumatına görə, bunu Ermənistanın ilk prezidenti, "Ermənistan Milli Konqresi" partiyasının sədri Levon Ter-Petrosyan deyib. Onun sözlərinə görə, 2007-ci ildən etibarən Ermənistan bu planla bağlı danışıqlar aparır. 

Danışıqlarda əsas tərəf ATƏT və Rusiyadır: “Belə çıxır ki, bizi tənqid edənlər əslində öz planlarını tənqid edirlər”. 

Ter-Petrosyan danışıqlar masasında olan konkret proqramla bağlı fikrilərini ifadə edib: “İlk mərhələdə Azərbaycana 5 rayon qaytarılacaq. Kəlbəcər və Laçın istisna olmaqla. İkinci mərhələdə qoşunların təmas xəttində sülhməramlılar yerləşdiriləcək. Üçüncü mərhələdə Dağlıq Qarabağın statusunun tanınması məsələsinə baxılacaq. 

4-cü mərhələdə Qarabağ və Ermənistanın blokadası aradan qaldırılacaq, Azərbaycan, Qarabağ, Ermənistan və güman ki, Türkiyə arasında münasibətlər yaranacaq. Beşinci mərhələdə Qarabağın son statusuna baxılacaq. 6-cı mərhələdə Laçın dəhlizi istisna olmaqla Azərbaycana qalan 2 rayon qaytarılacaq”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam