Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Petrosyandan Qarabağ açıqlaması

Petrosyandan Qarabağ açıqlaması

 

Rusiya Qarabağda atəşkəsin pozulmasının genişmiqyaslı xarakter almasının qarşısını almaq iqtidarındadır. 
Xeberinfo.com: Bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib. 
"Təmas xəttində atəşkəsin bərpa edilməsinə Rusiyanın vasitəçiliyi ilə nail olundu. Rusiya xırda pozuntulara elə də önəm vermir, ancaq genişmiqyaslı hərbi qarşıdurmanın qarşısını almaqda bacarıqlıdır", - Ter-Petrosyan qeyd edib. 
Onun sözlərinə görə, Qarabağda münaqişənin nizama salınması üzrə keçiriləcək növbəti danışıqlarda Rusiyanın rolu böyük olacaq.
Qeyd edək ki, Ter-Petrosyan “mərhələli həll” planını dəstəklədiyinə görə 1998-ci ildə Serj Sərkisyan və Röbert Köçəryan tərəfindən hərbi çevrilişlə vəzifədən uzaqlaşdırılıb. Hələ o zaman Ter-Petrosyan “indi Azərbaycanın təklif etdiyi şərtləri vaxt gələcək diz üstə, yalvara-yalvara xahiş edəcəksiniz” deyə açıqlamışdı.
2-5 aprel tarixlərində cəbhədə yaşananlardan sonra S.Sərkisyan ilk dəfə olaraq Ter-Petrosyanın evinə getdi və onunla Qarabağla bağlı müzakirə apardı. Bir saat davam edən müzakirə barədə mediaya heç bir açıqlama verilməyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam