Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türkiyə Azərbaycan üçün yeni peyklər istehsal etməyə hazırdır

Türkiyə hazırda orbitdə olan “Azersky” və “Azerspace-1” kosmik aparatlarının istismar müddəti bitincə, Azərbaycan üçün aşağı orbitli və geostasionar peyklər istehsal etməyə hazırdır.

Xeberinfo.com:  Məlumata görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

Onun sözlərinə görə, Tükiyənin Aviasiya-Kosmik Sənayesi Dövlət Şirkətinin (TAI) tərkibində fəaliyyət göstərən Kosmik Sistemlərin Sınağı və İnteqrasiyası Mərkəzində (USET) müxtəlif tip peyklərin sınaq və yığımını həyata keçirmək mümkündür.

Nazir qeyd edib ki, bu mərkəzdə ilk milli peykin istehsalı üzrə işlər aparılır: “Bununla əlaqədar USET mütəxəssisləri Azərbaycan üçün Yerin zondlaşdırılması üçün rabitə peykləri və kosmik aparatların yığılmasını təmin edə bilərlər”.

O əlavə edib ki, Türkiyə perspektivdə özünün “Göktürk-2” aşağıorbitli peykinin resurslarını Azərbaycanın istifadəsinə verməyə hazırdır: “Bununla yanaşı, Azərbaycan ərazisində Türkiyənin peyk geolokasiya sisteminin genişləndirilməsi və resurs mübadiləsi də mümkündür”.

Nazir “CanSat” mini peyklərinin layihələndirilməsi üzrə iki ölkə universitetləri arasında əməkdaşlığı təklif edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam