Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“Azərspace-1” peyki necə qorunur?

 

“Ötürülən və qəbul edilən məlumatların təhlükəsizliyini təmin etmək üçün “Azərkosmos” ASC tərəfindən xüsusi şifrələmə texnologiyaları istifadə edilir”.

"Xeberinfo.com": Bu barədə  Səhmdar Cəmiyyətdən məlumat verilib.  “Azərspace-1” peykinin təhlükəsizliyi dedikdə peyk vasitəsilə ötürülən məlumatların və bilavasitə orbitdə yerləşən kosmik aparatın - əmlakın, təhlükəsizliyi başa düşülür. Peykin özünün təhlükəsizliyi isə digər kosmik cisimlərlə (məsələn: kometa, meteorit, digər peyklər və s.) toqquşmalarla bağlı ola bilər ki, bu məqsədlə də “Azərspace-1” peykinin orbitə çıxarılması və orbitdə istismar müddəti ərzində sığortalanması işləri mütəmadi olaraq həyata keçirilir.

 

Qurumdan o da bildirilib ki, “Azərspace-1”in orbitə çıxarılması və peykin orbitdə bir illik istismar dövrü üzrə sığorta olunması məqsədi ilə 2012-ci ildə Böyük Britaniyanın “Marsh” sığorta brokerinin vasitəsi ilə peykin sığortalanması üzrə müqavilə imzalanıb. Müqavilə imzalanarkən aparıcı beynəlxalq reytinq şirkəti olan “Standart&Poors”un qiymətləndirmə sistemi ilə A və AA yüksək etibarlılıq dərəcəsinə malik olan şirkətlərə üstünlük verilib. “Əlamətdar haldır ki, müqavilədə “Marsh” sığorta brokerinin iştirakı ilə 1999-cu ildən 2012-ci ilədək kosmik sığorta bazarında qeydə alınan ən aşağı və əlverişli sığorta tarifinin əldə edilməsinə nail olunub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam