Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Moskva ballistik raketlərə nəzarət mexanizmini itirdi

 

Rusiya ballistik raketlərin buraxılmasının əvvəlcədən xəbərdar edilməsi kosmik sistemindən məhrum olub. Buna “Oko-1” sisteminin son iki peykinin yanvar ayında sıradan çıxması səbəb olub.

 

"Xeberinfo.com":  Məlumata görə, Rusiya kosmik mövqelərini geri qaytarmaq üçün “Oka”ları əvəz edəcək “Tundra” Vahid Kosmik Sistemini işə salmağı planlaşdırır. Amma bu sistemin ilk peykinin kosmosa buraxılması ən yaxşı halda 2015-ci ilin iyununda baş tutacaq. O da start uğurlu olsa.

 

“Oko-1” raket hücumu xəbərdarlığı sisteminin bir hissəsi olub. Onun tərkibinə geostasionar və yüksək elliptik orbitdə 6 peyk daxil idi. Sonuncu geostasionar aparat 2014-cü ilin aprelində sıradan çıxıb. Sonuncu iki peyk isə sutkada cəmi bir neçə saat işləyərək nəzərdə tutulan istismar müddətindən də çox fəaliyyətdə olub.

 

“Tundra” sistemini hələ 2013-cü ildə orbitə göndərmək nəzərdə tutulurmuş. Amma sistemin buraxılışı bir neçə dəfə təxirə salınıb. Əsas səbəb isə aparatın texniki cəhətdən hazır olmaması göstərilib.

 

Ekspertlər Rusiyanın yaşadığı hazırkı çətin iqtisadi durum vəziyyətində Moskvanın kosmik orbitə qayıtmasının çətin olduğunu bildirirlər.

Publika.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam