Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Daha bir polis rəisi işdən çıxarıldı

ramil

 

Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmriylə Qobustan rayon Polis Şöbəsinin rəisi Eminağa Zeynalov tutduğu vəzifədən azad edilib.

Xeberinfo.com:   Bu barədə gununsesi.info-ya DİN-dəki mənbələr məlumat verib. Məlumatda qeyd olunur ki, polis rəisinin “vurulmasına” səbəb işində yol verdiyi nöqsanlar, həmçinin, Qobustan əhalisinin onunla bağlı DİN rəhbərliyinə etdiyi şikayətlər olub.

İş gününün sonu olduğundan DİN-dən xəbərə aydınlıq gətirə bilməsək da Eminağa Zeynalovun özüylə danışa bildik. Ancaq sabiq polis rəisi işdən azad olunması ilə bağlı sualımızı cavablandırmaqdan imtina etdi. “Səhv nömrə aramısınız” deyən rəis telefonun dəstəyini asdı.

Qeyd edək ki, Eminağa Zeynalov barəsində mediada kifayyət qədər tənqidi materiallar dərc edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam