Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Qanunvericiliyə “bloq”, “bloqger” kimi anlayışları daxil etməliyik”

Əflatun Amaşov: “Qanunvericiliyə “bloq”, “bloqger” kimi anlayışları daxil etməliyik”

 

 

“Azərbaycan media qanunvericiliyi hələ də klassik qanunvericilik səviyyəsində qalıb. Media ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsinə ehtiyac var”. 
Xeberinfo.com:  APA-nın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Məlumat azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Ə. Amaşov deyib ki, media qanunvericiliyinə “bloq”, “bloqger” kimi anlayışları daxil etmək, izahlarını dəqiq vermək lazımdır: “Bu anlayışlar Azərbaycan media qanunvericiliyində yoxdur. Yeri gəlmişkən, biz onlayn media ilə bağlı təkliflərlə çıxış edən zaman cəmiyyətdə müəyyən qüvvələr və ayrı-ayrı beynəlxalq təşkilatlar iddia edir ki, guya Azərbaycanda onlayn medianı məhdudlaşdırmaq istəyirik”.
 
Ə. Amaşov jurnalistika və media birbaşa insan hüquqları ilə bağlı olduğu üçün media qanunvericiliyi məsələlərinin məhz İnsan Hüquqları komitəsində müzakirə olunmasının məqsədəuyğun olduğunu vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam