Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Rasim Əliyevin ölümündə günahkar olanlar tezliklə tapılıb cəzalandırılmalıdır”

 

"Rasim Əliyevə fiziki təzyiq göstərənlər, onun ölümündə günahkar olanlar tezliklə tapılıb cəzalandırılmalıdır.  Mətbuat Şurası jurnalistin ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, bu əməli törədənlərin tezliklə qanun qarşısında cavab verəcəyinə ümid etdiyini bildirir".
 
"Xeberinfo.com":   Məlumata görə, bunu APA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
 
Ə. Amaşov bildirib ki, bu hadisənin sosial şəbəkələrdə və bəzi media orqanlarında dərhal siyasiləşdirilməsini doğru hesab etmir: 
“Hadisəni hüquq-mühafizə orqanları araşdıracaqlar. Hələ ki hadisə tam araşdırılmayıb, ona görə məsələni söz və mətbuat azadlığı müstəvisində şərh etmək düzgün olmazdı.  Araşdırma zamanı o da nəzərə alınmalıdır ki, son günlərdə bir neçə olayın ardıcıl baş verməsi ayrı-ayrı qüvvələrin Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı problem olduğu görüntüsü yaratmaq istədiklərini göstərir.  Eyni zamanda ölkədə bir milyon yarım sosial şəbəkə istifadəçisi var. Hələ ki sosial şəbəkə KİV hesab olunmur.  Lakin sosial şəbəkədə yazılan statusların etik çərçivəni aşması həm Mətbuat Şurasını, həm də ayrı-ayrı ziyalıları çoxdan narahat edən məsələdir. Dəfələrlə bu narahatlıq ifadə edilib, müzakirəyə çıxarılıb”.
 
Ə. Amaşov Mətbuat Şurasının hadisənin araşdırılmasını diqqətdə saxlayacağını da qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam