Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Millət vəkilindən mətbuata hücum

Elmira aDeputat oğlunun pul qalmaqalı ilə bağlı məsələdən narahat olaraq qəzetlərin bağlanmasını təklif edir

Xeberinfo.com:  Milli Məclisdə Insan Hüquqları üzrə Müvəkkil (Ombudsman) illik məruzəsini təqdim edib. Muzakirələr zamanı deputat Elmira Axundova medianı hədəfə alıb: “Söz azadlığının təmin edilməsi, informasiya əldə etmək azadlığı bölmələrində siz mətbuata təzyiqlərdən danışırsınız, jurnalistlərin müdafiəsinə qalxırsınız.

Bu normaldır və təqdirəlayiqdir. Amma hesabatın heç bir yerində o məsələyə toxunulmur ki, KIV, xüsusilə bir sıra elektron saytlar son zamanlar kimlərinsə hesablaşması, rəqiblərə divan tutmaq, açıq reketçilik və pul qazanmaq məkanına çevrilib. Jurnalistləri müdafiə etmək lazımdır, bəs bizi, cəmiyyəti, deputatları, ictimai və dövlət xadimlərini bu cür jurnalistlərin qəddarlığından, azğınlığından kim müdafiə edəcək?

Düşünürəm ki, hökumətin jurnalistika və jurnalistlərə ayırdığı bu qədər qayğının nəticəsində bu gün qarşımızda başqa mənzərə olmalı idi. Biz əvvəllər Milli Məclisdə əlimizdə olmuş vasitəni, yəni Informasiya üzrə müvəkkil vəzifəsini ixtisar etmişik və onun funksiyasını hörmətli Ombudsmanımıza vermişdik. Lakin bu qərarın qəbulundan bir neçə il keçməsinə baxmayaraq Informasiya üzrə müvəkkilin fəaliyyəti hələ də görünmür. Bunun da bir sıra obyektiv səbəbləri var. Heç də hər şey hörmətli Elmira Süleymanovadan asılı deyil. Buna görə hesab edirəm ki, biz bu məsələyə ya yenidən qayıtmalı və Informasiya üzrə müvəkkil vəzifəsini müstəqil qurum kimi bərpa etməliyik, ya da Ombudsman Aparatı daxilində Elmira Süleymanovaya əlavə səlahiyyətlər verərək bu fəaliyyəti canlandırmalıyıq. Bundan savayı biz müvafiq qanunlar vasitəsilə Mətbuat Şurasına daha geniş səlahiyyətlər verməliyik. Məsələn, bu və ya digər saytın fəaliyyətinin müvəqqəti dayandırılması, necə ki, Milli Televiziya və Radio Şurasına biz belə geniş səlahiyyətlər vermişik. Düşünürəm ki, həm Ombudsman Aparatı, həm də Mətbuat Şurası jurnalistikada baş alıb gedən bu cür neqativ hallara qarşı daha təsirli mübarizə aparmalıdırlar”.

Elmira Axundovanın mediaya hücumunun kökündə onun özünün problemi dayanır. Artıq bir neçə aydır ki, deputatın oğlunun xeyli vətəndaşın pulunu mənimsəməsi barədə materiallar dərc olunur. Özü də bu materiallar hansısa naməlum mənbəyə deyil, konrket olaraq zərərçəkənlərə istinadən yayılır. Bu qalmaqalla bağlı məhkəmə prosesi də gedir. Görünür, Elmira Axundova bu məsələnin ictimailəşdirilməsindən narahat olub. Bunun qarşısını almaq üçün KIV-ləri susdurmağa çağırış edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam