Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Hərbi jurnalistika böhran keçirir”

 

“Hesab edirəm ki, indi hərbi jurnalistika böhran keçirir. Hərbi jurnalistika ilə peşəkar şəkildə məşğul olmaq lazımdır. Bütün ali təhsil müəssisələrində jurnalistika fakültələrində ixtisaslaşma getməlidir, hərbi jurnalistlər hazırlanmalıdır”. 

 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri millət vəkili Elmira Axundova AzərTAc-a müsahibəsində deyib. E. Axundova bildirib ki, jurnalist kimi reportajlar hazırlayanda həmişə fikirləşib ki, heç vaxt ölkənin adına xələl gətirməsin: “Həmişə düşünmüşəm ki, mən Azərbaycanın təmsilçisiyəm, ölkəmizin milli maraqlarını müdafiə etməliyəm. Həmişə də çalışmışam ki, Azərbaycanla bağlı həqiqətləri yayım. Hesab edirəm ki, indi hərbi jurnalistika böhran keçirir. Hərbi jurnalistika ilə peşəkar şəkildə məşğul olmaq lazımdır. Bütün ali təhsil müəssisələrində jurnalistika fakültələrində ixtisaslaşma getməlidir, hərbi jurnalistlər hazırlanmalıdır. Müdafiə Nazirliyi ilə sıx əlaqə qurulmalıdır. Mütəmadi olaraq treninqlər keçirilməlidir, jurnalistlər tez-tez hərbi hissələrdə olmalıdırlar. Biz bu mövzuda az yazırıq, hərbi hissələrdə az oluruq. Böyük Vətən müharibəsi illərində bütün qəzet və jurnallarda hərbi müxbirlər var idi. Düşünürəm ki, indi də hər bir mətbu orqan hərbi jurnalist hazırlamalıdır. Hərbi hissələrə gedib reportajlar hazırlanmalı, milli qəhrəmanlarımız haqqında yazılar yazılmalı, filmlər çəkilməlidir. Müharibə şəraitində olan ölkədə jurnalistin üzərinə hansı vəzifələrin düşdüyü ilə əlaqədar, bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin yanında müşavirə də keçirilmişdi. Bu müşavirədə ölkənin informasiya təhlükəsizliyi ilə bağlı aktual məsələlər müzakirə edilmişdi. Ötən il avqust ayının əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq şəkildə nümayiş etdirdi. Bəzi KİV-lər tərəfindən cəbhə xəttində vəziyyət barədə yanlış, düşmənin maraqlarına xidmət edən məlumatlar yayıldı. Təbii ki, bütün bunlar təəssüf doğurur. Müasir dövrdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. KİV-lər bu məsələlərə ciddi yanaşmalıdırlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam