Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qubernator SOCAR prezidentindən üzr istədi - Bayraq skandalı

 

Ötən həftə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində bir sıra tədbirlərdə iştirak edib.

Xeberinfo.com:   Modern.az saytı xəbər verir ki, Rövnəq Abdullayev azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli regionunda olub, qubernator Paata Xizanaşvili ilə görüşüb.

SOCAR prezidenti 2015-ci ilin noyabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstana səfəri zamanı bölgə əhalisi ilə görüşdə kənd təsəsrrüfatının inkişafı və daha da genişləndirilməsi üçün bütün köməkliklər göstəriləcəyi haqda fikirlərini xatırladaraq bildirib ki, dövlət başçısının hədiyyəsi olaraq yeni kənd təsərrüfatı texnikası Kvemo Kartli əhalisinin istifadəsinə vermək üçün təqdim edilir.

R.Abdullayev Gəncə Avtomobil Zavodunun istehsalı olan 10 ədəd traktor və kotanı Kvemo Kartli quberniyası adminstrasiyasına təqdim edib.

Görüşdə SOCAR və Kvemo Kartli Qubernatorluğu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Mərasimdə Azərbaycan Respublikasının stolüstü Dövlət bayrağının qoyulmasında protokol qayralarının pozulması ilə bağlı yalnışlıq baş verib. Bununla əlaqədar olaraq Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili öz “facebook” səhifəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə üzrxahlıq müraciəti ünvanlayıb:

Hörmətli Rövnəq müəllim!

Sizə ünvanladığımız bu müraciətlə 4 mart 2016-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Gürcüstanın Kvemo Kartli bölgəsinin Qubenatorluğu arasında əməkdaşlığa dair Memorandumun imzalanması zamanı Azərbaycan Respublikasının stolüstü Dövlət bayrağının qoyulmasında protokol qaydalarının pozulması ilə nəticələnən yanlışlığa görə Sizdən üzr istəməyi özümə borc bilirəm və Sizə olan dərin hörmətimi bir daha bəyan edirəm.

Biz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstanda həyata keçirdiyi genişmiqyaslı layihələri yüksək qiymətləndirir və ümid edirik ki, ölkələrimiz arasındakı əməkdaşlıq bundan sonra daha da genişlənəcək və dərinləşəcək. Bir daha baş vermiş hadisəyə görə dərindən təəssüfləndiyimizi bildirir və ümid edirik ki, bu təsadüfi səhv Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu mövcud olmuş və bu gün də uğurla davam edən qardaşlıq əlaqələrinə heç bir xələl gətirməyəcək. Eyni zamanda məlumat veririk ki, qeyd edilən xətaya yol vermiş əməkdaşlarımız artıq müvafiq qaydada cəzalandırılıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam