Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

"“Statoil” SOCAR-ın əsas tərəfdaşlarından biri olaraq qalır"

 

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev İlk Avropa oyunlarında iştirak etmək üçün Azərbaycanda olan “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetreni və onu müşayiət edən heyəti qəbul edib.

"Xeberinfo.com":   SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev “Statoil”un baş icraçı direktorunu yeni vəzifəsi münasibəti ilə təbrik edib.
SOCAR və “Statoil” arasında uzunmüddətli əməkdaşlıq münasibətlərindən söz açan R. Abdullayev Xəzər hövzəsindən hasil olunan neftin və qazın dünya bazarlarına şaxələndirilmiş marşrutlar üzrə çıxarılmasına imkan verən ixrac neft və qaz kəmərləri sisteminin qısa müddətdə yaradıldığını və uğurla fəaliyyət göstərdiyini bildirib. O, son illər “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələri çərçivəsində və SOCAR-ın müstəqil işlədiyi yataqlarda görülən tədbirlər nəticəsində ölkəmizin böyük nailiyyətlər qazandığını vurğulayıb. Bildirilib ki, “Statoil” “Şahdəniz” layihəsini tərk etsə də, “Azəri-Çıraq-Günəşli” və digər layihələrdə SOCAR-ın əsas tərəfdaşlarından biri olaraq qalır.
“Statoil”un baş icraçı direktoru rəhbərlik etdiyi şirkətin Azərbaycandakı fəaliyyətindən danışıb və yaradılmış şəraitə görə təşəkkürünü bildirib. O, “Şahdəniz” layihəsini yüksək qiymətləndirərək, Avropanın enerji təhlükəsizliyində bu layihənin böyük rol oynadığını qeyd edib.
E. Saetre Azərbaycan Qaz Təchizatı Şirkəti və Cənubi Qafqaz Boru Kəməri Şirkətinin operatorluğunu üzərinə götürdüyünə görə SOCAR-a təşəkkürünü bildirib və yüksək peşəkarlıq səviyyəsinə malik SOCAR komandasının bu işin öhdəsindən layiqincə gələcəyinə inandığını söyləyib. O, AÇG və Azərbaycanda iştirakçısı olduqları digər layihələrdə əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini vurğulayıb, SOCAR-a müvəffəqiyyətlər arzulayıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam