Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

BP və SOCAR arasında yeni müqavilə

 

BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu gün Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında Hasilatın Pay Bölgüsü sazişi (HPBS) imzalayıb. 


"Xeberinfo.com":  Məlumata görə, sazişi Azərbaycan Respublikası Hökuməti adından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalayıblar. 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib: “BP ilə tərəfdaşlığımızı daha da dərinləşdirəcək bu yeni sazişin imzalanması iştirakçı tərəflər – Azərbaycan Hökuməti, SOCAR və BP üçün əlamətdar hadisədir. Bununla əməkdaşlığımızın yeni mərhələsi başlanır. Bu mərhələ bizə imkan verəcək ki, yeni imkanlar aramaqla Azərbaycanda neft və qaz hasilatına uzunmüddətli gələcək təmin etmək üçün birgə işləyək. Bu yeni imkan Azərbaycanda neft hasilatının bundan sonra da on illərlə davam etməsinə töhfə verəcək.” 

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib: “BP şirkəti SOCAR ilə birlikdə Xəzərdə geoloji kəşfiyyat işlərinin bu yeni mərhələsinə qədəm qoymaqdan qürur duyur. Bu, tərəfdaşlığımızda yeni bir dövrün başlanğıcıdır. Bu yeni tərəfdaşlıq BP-nin dünyanın digər yerlərində dayazsulu ərazilərdə məsuliyyətli şəkildə geoloji kəşfiyyat işlərinin aparılması və həmin ərazilərin işlənməsi üzrə geniş təcrübəsinə və sənayedə mövcud olan ən qabaqcıl texnologiyaların istifadəsi sahəsində səriştəsinə əsaslanır. Bizim təcrübə və texnologiyalarımızın tətbiqinə daha bir imkan yaratdığına görə Azərbaycan Hökumətinə və SOCAR-a təşəkkürümüzü bildiririk.” 

Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Bu sahəyə suyun dərinliyi 40 metrədək, potensial məhsuldar layın (kollektorun) dərinliyi isə 3000-5000 metr olan ərazilər daxildir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam