Redaktor seçimi
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
55 milyonluq tender udan şirkət “yoxa” çıxıb – Fəhlələr 4 ildir maaşlarını ala bilmir:
“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər… –
Günün xəbəri

İcra başçısı Monteneqroda

Gədəbəyin icra başçı Monteneqroda kef edir

 

 

İcra başçılarının tətil günlərində xaricdəki kurortlara üz tutmaları haqda yazıya reaksiyalar gəlməkdədir. Ən müxtəlif mənbələrdən redaksiyamıza icra başçılarının əksərinin tətil günlərində çalışdıqları rayonlarda olmadıqları, xaricə istirahətə getdikləri barədə xəbərlər daxil olur. 
Xeberinfo.com:   Bu xəbərlərin birində Gədəbəyin icra başçısı Ramiz Yediyarovdan söhbət açılır.
“Ramiz Yeniyarovu 2016-cı ildə rayonda görən olmayıb. Keçən ildən rayondan gedəndir. O, Karlovı Varını bəyənmir, Montoneqroya gedir” – deyə redaksiyamızla əlaqə saxlayan rayon sakinlərindən biri bildirib. 
Onun sözlərindən bəlli olub ki, Gədəbəy rayonuna ötən ilin son günlərində yağan qar rayon mərkəzi ilə ucqar kəndlər arasında əlaqəni kəsib: “Elektrik enerjisi ilə kəndlər 4-5 gündür ki, təmin olunmur. Yollar bağlıdır. Qardan təmizlənmir. İcra başçısı isə yoxdur. Dekabrın əvvəlində Qubada qar yağdı, 4 kəndin yolunu bağladı. Səhəri günü ağır texnikanı çıxarıb yolu açdılar. Bunu televizorda göstərdilər. Gədəbəydə isə gözləyirlər ki, gün çıxar, qar əriyər. Ucqarlarda yaşayan, rayon mərkəzi ilə əlaqəsi kəsilən kəndlərin camaatı Allahın ümidinə qalıb. Ramiz Yediyarov rayonda olması da elə də fərq eləmir. Gəlsə, guya yol təmizlətdirəcək?”
Qeyd edək ki, ötən sayımızda “İcra başçıları ölkəni kütləvi şəkildə tərk edib - siyahı” sərlövhəli yazı dərc etmişdik. Yazıda ölkədən baş verən devalvasiyanın  yaratdığı gərginlik fonunda məmurların, xüsusən də icra başçılarının Avropanın və Asiyanın bahalı kurortlarında dincəlmələrindən söhbət açılırdı. 
Bildirilirdi ki, İmişlinin icra başçısı Vilyam Hacıyev, Salyanın icra başçısı Tahir Kərimov, Gəncənin icra başçısı Elmar Vəliyev, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov, Masallının icra başçısı Rafil Hüseynov, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, Xətainin icra başçısı Razim Məmmədov, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov ölkə iqtisadi fəlakətlə üz-üzə olduğu bir vaxtda, ölkə prezidentinin belə Yeni il tətilini ölkədə keçirdiyinə rəğmən xarici ölkələrə istirahətə gedirlər. 
Musavat.az
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}